Fəxrimiz Fərid!Məktəbimizin IV a sinif şagirdi İsmayılov Fərid məktəbimizin fəxr etdiyi şagirdlərdən biridir. Onun idman yarışlarına dair çox uğurları var. O, “Bakılı” Kikboksinq klubunun təşkil etdiyi açıq Bakı birinciliyi 32 kq çəki dərəcəsində, 10 yaş qrupunda, bacarıq göstərərək II yerə layiq görülmüşdür. Şagirdimizə iştirak edəcəyi bütün yarışlarda uğurlar arzulayırıq!
Daha bir uğurumuz!Məktəbimizin VII b sinif şagirdi Məmmədov Mirabid məktəbimizin fəxr etdiyi şagirdlərdən biridir. Onun idman yarışlarına dair çox uğurları var. O, Bakı Karate-Do Akademiyasının təşkil etdiyi I açıq Bakı birinciliyi və çempionatında 45 kq çəki dərəcəsində, 12-13 yaş qrupunda, bacarıq göstərərək I yerə layiq görülmüşdür. Şagirdimizə iştirak edəcəyi bütün yarışlarda uğurlar arzulayırıq!
“Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzüsunda inşa müsabiqəsiÜmumimilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzüsunda keçirilən inşa müsabiqəsində məktəbimizin IX a sinif şagirdi Seyidova Zibaxanım fərqləndiyinə görə diplomla təltif edilmişdir.