Nailiyyətlərimiz

“Gənc şairlərin” müsabiqəsiSabunçu rayon ümumtəhsil müəssisələri arasında Vətənpərvərlik mövzüsunda keçirilən “Gənc şairlərin” müsabiqəsində məktəbimizin VIII a sinif şagirdi Əliyev Gülağa Gülbala oğlu fərqləndiyinə görə diploma layiq görülmüşdür. Təbrik edirik!

“Gənclərin əl işlərindən ibarət rəsm və heykəltəraşlıq” sərgisiSabunçu rayon Gənclər evində “Gənclərin əl işlərindən ibarət rəsm və heykəltəraşlıq” sərgisi adlı layihə həyata keçirilmişdir. Həmin layihədə məktəbimizin şagirdləri də iştirak edirdi. Məqsəd gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması, adət və ənənələrin qorunub saxlanması və təbliğ edilməsidir. Layihə çərçivəsində məktəbimizin VIII b sinif şagirdi Məmmədova Zümrüd III yerə, V a sinif şagirdi İsmayılova Günay uğurlu iştirakına görə Gənclər və İdman Nazirliyi tərəfindən diplomla mükafatlandırılmışdır. Təbrik edirik!

Daha bir uğurumuz!Sabunçu rayon ümumtəhsil müəssisələri arasında keçirilmiş "Müharibə uşaqların gözü ilə" adlı rəsm müsabiqəsində məktəbimizi təmsil edən IV b sinif şagirdi Xəlilova Səadət Gənclərin hərbi-vətənpərvərlik istiqamətində Sabunçu rayon Veteranlar Təşkilatı tərəfindən fəal iştirakına və təsirli çıxışına görə Fəxri Fərmanla təltif edilmişdir. Təbrik edirik!

HAQQIMIZDA

        Kamal Məmmədov adına 209 nömrəli tam orta məktəb Bakı şəhəri,Sabunçu rayonu,M...

BİZİM FƏXRLƏRİMİZ

Zümrüd Məmmədova Zöhrab

Şirin Manafova Zahid

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi