"8 Noyabr-Zəfər günü" nə həsr olunmuş rəsm müsabiqəsi"8 Noyabr-Zəfər günü" nə həsr olunmuş Sabunçu rayonu ümumtəhsil məktəb şagirdləri arasında keçirilən rəsm müsabiqəsində l (birinci) yer tutduğuna görə məktəbimizin 7 b sinif şagirdi Ağayeva Fatimə diplomla təltif olunmuşdur. Təbrik edirik!
"Heydər Babaya Salam" adlı müsabiqəAzərbaycan Dövlət Pedoqoji Universiteti Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Fizika fakültəsinin təşkilatçılığı ilə keçirilən "Heydər Babaya Salam" adlı müsabiqədə ll yerə layiq görüldüyünə görə məktəbimizin 8 a sinif şagirdi Əliyeva Gülsüm diplomla təltif olunmuşdur. Təbrik edirik!
"Uğurumuz"Məktəbin X a sinif şagirdi Məmmədova Zümrüd Azərbaycan Budo döyüş növləri Federasiyası və Bakı Karate-Do Akademiyasının təşkil etdiyi şəhərlərarası açıq çempionatı, dünya kubokuna lisenziya uğrunda 14-15 yaş qrupunda, 47 kq çəki dərəcəsində bacarıq göstərərək I yerə layiq görülmüşdür. Təbrik edirik!