Nailiyyətlərimiz

İdmançı şagirdimizAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzində sərbəst güləş üzrə qızlar arasında yarış keçirilmişdir. Məktəbimizin 10 a sinif şagirdi Mirzəyeva Lalə Rəvan qızı Uşaq Gənclər İdman Mərkəzinin açıq birinciliyində 52 kq çəkidə I yer tutaraq diploma layiq görülmüşdür. Məktəbin direktoru Mirnağı Nəzərli şagirdimizi təbrik edərək uğurlar arzuladı.

Kiçik Akademiyanın uğurlarıKiçik Akademiyanın seminarlarında təqdimatları ilə qalib olan şagirdlər ilə məktəbin direktoru Mirnağı Nəzərli görüşdü, şagirdləri təbrik etdi və onların fikirlərini dinlədi. Həmçinin Kiçik Akademiyanın fəaliyyətinin səmərəli şəkildə qurulması barədə danışdı və öz tövsiyələrini bildirdi. Görüşdə qeyd edildi ki, Kiçik Akademiyanın rəhbəri Əliyeva Samirə Ramiz qızı təlim və layihələrdə müvəffəqiyyətlə iştirak etdiyinə görə “Sabahın alimləri” Respublika Müsabiqəsinin Elmi Ekspertiza Komitəsi tərəfindən sertifikatla təltif edilmişdir. Bu münasibətlə də məktəbin direktoru Mirnağı Nəzərli Əliyeva Samirəni təbrik edərək, fəaliyyətində uğurlar arzuladı.

Fəxri diploma layiq görüldüAzərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon Həmkarlar Komitəsi tərəfindən Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva Samirə Ramiz qızı şagirdlərin təlim-tərbiyəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyinə və gənc nəslin müstəqil həyata hazırlanmasında göstərdiyi fəaliyyətinə görə Fəxri diploma layiq görülmüşdür. Məktəbin rəhbərliyi və kolllektivi Əliyeva Samirə Ramiz qızını təbrik edir və fəaliyyətində uğurlar arzulayır.

HAQQIMIZDA

Bakı şəhəri H. İskəndərov adına 206 nömrəli tam orta məktəb 1923-cü ildən fəaliyyət göstərir. Məktəb "Oğlanlar məktəbi" kimi fəaliyyətə başlamışdır. İndiki məktəb binasının I korpusu X...

BİZİM FƏXRLƏRİMİZ

Fatimə Tağızadə Qəzənfər

Zəhra Nəftullayeva Vasif

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi