Nailiyyətlərimiz

“Ən yaxşı məktəb saytı”Bakı Şəhəri üzrə Təhsil İdarəsinin münsiflər heyəti tərəfindən məktəbimiz “Ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibi seçilərək diplom və qiymətli hədiyyələrlə mükafata layiq görülmüşdür. Bakı Şəhəri üzrə Təhsil İdarəsində Bakının 12 inzibati rayonunu əhatə edən müsabiqənin 2018-2019-cu tədris ilinin nəticələrinə görə qalib seçilən məktəblərin direktorları və saytın idarə edilməsi üzrə məsul şəxslərin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev müsabiqə qaliblərini təbrik edib və müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, müsabiqə məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması məqsədilə həyata keçirilir. R.Tağıyev ən yaxşı məktəb saytlarının seçimində ümumi təhsil müəssisələrinin fəaliyyətinin geniş ictimaiyyətə operativ şəkildə çatdırılması, təhsil müəssisələrinin əldə olunan uğurları və qarşıda duran vəzifələri haqqında əhatəli informasiyaların verilməsi, saytlarda xəbərlərin mütəmadi yenilənməsi, xəbərlərin məzmun səlisliyi və dolğunluğu kimi meyarların əsas tutulduğunu vurğulayıb. “Ən yaxşı məktəb saytı” müsabiqəsində fəaliyyətimizi qiymətləndirdiyinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə məktəb kollektivi adından təşəkkürümüzü bildiririk.

İdmançı şagirdimiz18 Oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş Cü-Do güləşi uzrə 9-10 yaş qrupu arasında Xızı Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin açıq birinciliyinə 4-cü sinif şagirdlərimiz Cavadlı Heydərəli Ramal oğlu 24 kq çəki dərəcəsində I yer, Səfiyev Rza Ruslan oğlu 38 kq çəki dərəcəsində III yer tutduğuna görə diploma layiq görüldülər. Məktəbimizin direktoru Mirnağı Nəzərli şagirdlərimizi təbrik edərək onlara uğurlar arzuladı.

İdman uğurları davam edirMəktəbimizin 6-cı sinif şagirdləri Cavadov Səxavət Əziz oğlu Gürcüstan Respublikasında keçirilən yeniyetmələr arasında cüdo idman növü üzrə açıq birincilikdə 38 kq cəki dərəcəsində III yer, Quliyev Əzizağa Adəm oğlu Kempo Submişn Gi idman növü üzrə 9-11 yaş qrupu arasında 45 kq çəki dərəcəsində III yer tutduğuna görə diploma layiq görüldülər. Məktəbimizin direktoru Mirnağı Nəzərli şagirdlərimizi təbrik edərək onlara uğurlar arzuladı.

HAQQIMIZDA

Bakı şəhəri H. İskəndərov adına 206 nömrəli tam orta məktəb 1923-cü ildən fəaliyyət göstərir. Məktəb "Oğlanlar məktəbi" kimi fəaliyyətə başlamışdır. İndiki məktəb binasının I korpusu X...

BİZİM FƏXRLƏRİMİZ

Aytən Məmmədova Tofiq

İbrahim Ələskərov Elman

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi