Nailiyyətlərimiz

Ruhumun ünvanı ŞuşaAzərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə ''Ruhumun ünvanı Şuşa'' adlı respublika rəsm müsabiqəsi keçirilmişdir. Məktəbimizin 10-a sinif şagirdi Mirzəyeva Arzu İlqar qızı müsabiqədə fəal iştirakına görə Sertifikatla təltif edilmişdir. Şagirdimizi təbrik edirik və ona yaradıcılıq uğurları arzulayırıq.

Rəsm müsabiqəsinin qalibləriAzərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən məktəblilər arasında ''Azərbaycan Milli Mətbəxi'' adlı rəsm müsabiqəsi keçirilmişdir. Azərbaycan Kulinariya Mərkəzinin 30 illiyinə həsr olunmuş bu müsabiqədə məktəbin 9-a sinif şagirdləri Əlizadə Yeganə Ceyhun qızı III yerə layiq görüldüyünə, Mirzəyeva Arzu İlqar qızı isə fərqləndiyinə görə diplomla təltif olunmuşdur. Məktəbin direktoru Mirnağı Nəzərli şagirdlərimizi təbrik edir, onlara uğurlar arzu edir.

Şagirdimiz müsabiqənin qalibidirVI Respublika fənn müsabiqələrinin birinci mərhələsinin nəticələrinə əsasən məktəbimizin 6-a sinif şagirdi Tağızadə Nilufər Qəzənfər qızı informatika fənni üzrə qalib gələrək ikinci mərhələyə vəsiqə qazanmışdır. Məktəbin direktoru Mirnağı Nəzərli şagirdimizi təbrik edir və növbəti mərhələdə ona uğurlar arzulayır.

HAQQIMIZDA

Bakı şəhəri H. İskəndərov adına 206 nömrəli tam orta məktəb 1923-cü ildən fəaliyyət göstərir. Məktəb "Oğlanlar məktəbi" kimi fəaliyyətə başlamışdır. İndiki məktəb binasının I korpusu X...

BİZİM FƏXRLƏRİMİZ

Şahin Qənizadə Dadaş

Fuad Zeynalov Ceyhun

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi