Nailiyyətlərimiz

“Şanlı bayrağım” adlı bədii qiraət müsabiqəsi“9 noyabr-Azərbaycan Respublikasının Dövlət Baryağı Günü” münasibətilə məktəbimizin 11 a sinif şagirdi Qəniyeva Günay Dadaş qızı “Şanlı bayrağım” adlı bədii qiraət müsabiqəsinin Xəzər rayon mərhələsində 15-17 yaş qrupu üzrə II yer turduğuna görə diplamla təltif edildi. Məktəbin direktoru Cavid Cəfərzadə şagirdimizi təbrik etdi, ona bu sahədə uğurlar arzuladı.

Cüdo yarışında qalib oldu.“Ümumimilli Lider Heydər Əliyev” in 100 illik yubileyinə həsr olunmuş məktəbimizin 4 a sinif şagirdi Cəlilov Ayxan Əlağa oğlu Cüdo idman növü üzrə 2014-2016 təvəllüdlü uşaq və yeniyetmələr arasında keçirilən Mərdəkan Cüdo Klubu açıq birinciliyində 27 kq dərəcəsində I yer tutduğuna görə Diplomla təltif olunmuşdur. Cavid Cəfərzadə şagirdimizi təbrik etdi, ona bu sahədə uğurlar arzuladı.

Final mərhələsinə vəsiqə qazandılar5-9 dekabr 2022-ci il tarixlərində STEAM Azərbaycan layihəsi çərçivəsində və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçiriləcək SAF (STEAM Azərbaycan Festivalı) 2022 festivalında məktəbimizin 2 komandası iştirak edəcək. Məktəbin informatika və STEAM müəllimi Turanə Nəzərovanın rəhbərlik etdiyi “Strength is together” komandası "Hakaton" kateqoriyası üzrə və təsviri incəsənət müəllimi Nərmin Əlizadənin rəhbərlik etdiyi “Victory” komandası "Edu Drone" kateqoriyası üzrə seçim turundan uğurla keçərək festivalın final mərhələsinə vəsiqə qazanmışlar. Bu münasibətlə müəllim və şagirdlərimizi təbrik edir, onlara finalda uğurlar arzulayırıq.

HAQQIMIZDA

Bakı şəhəri H. İskəndərov adına 206 nömrəli tam orta məktəb 1923-cü ildən fəaliyyət göstərir. Məktəb "Oğlanlar məktəbi" kimi fəaliyyətə başlamışdır. İndiki məktəb binasının I korpusu X...

BİZİM FƏXRLƏRİMİZ

Rəna Səmədzadə Rövşən

Zülfi Xəlilov Ağasəlim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi