“Narkomaniya ümumbəşər bəladır!” adlı tədbir

Xəzər Rayon Polis İdarəsi tərəfindən məktəbimizdə “Narkomaniya ümumbəşər bəladır”, “Yol hərəkəti qaydalarına riayət edək”, eləcədə “İnternetdən təhlükəsiz istifadə” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə Xəzər RPİ-nin rəisi, polis polkovniki cənab İsfəndiyar Mehbalıyev, Xəzər RPİ-nin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı cənab Famil Vəliyev, Xəzər RPİ-nin rəisinin şəxsi heyət üzrə köməkçisi, Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin rəisi, polis mayoru cənab Məşhur Hüseynov, Xəzər RPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki işin təşkili bölməsinin əməkdaşları iştirak etdilər. Tədbiri məktəbin direktoru Mirnağı Nəzərli açaraq, qonaqları salamladı. Həmçinin aktualiğı ilə seçilən bu tədbirin məktəbimizdə keçirilməsi ilə əlaqədar öz təşəkkürünü bildirdi. Tədbirdə Xəzər RPİ-nin rəisi, polis polkovniki İsfəndiyar Mehbalıyev narkomaniyaya və digər zərərli vərdişlərə qarşı aparılan mübarizə istiqamətləri və narkotik vasitələrdən istifadənin ağır nəticələri barədə ətraflı çıxış etdi. Digər qonaqlar da çıxış edərək mövzu ilə əlaqədar fikirlərini bildirdilər, narkomaniyanın bütün cəmiyyət üçün xüsusilə gənclər üçün böyük bəla olduğu qeyd edildi. Qonaqlar şagirdlərimizi düşündürən suallara ətraflı cavab verdilər.