Ulu Öndər Heydər Əliyevin Anım günü

Məktəbin tədbirlər planına əsasən bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevın Anım Günü keçirilib.  

Konfrans zalında Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin təşkilatçısı məktəbin tarix müəllimi Fəridə Əsgərli çıxış edərək bildirib ki, Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri olan, ideyaları, idarəçilik təcrübəsi bu günümüzə, sabahımıza bələdçilik edən Ümummilli Lider Heydər Əliyevin siyasi irsi o qədər zəngin, mənalı və dəyərlidir ki, hələ bir neçə on illər bundan sonra da nəsillər bu varislik xəzinəsindən istifadə edəcəklər.

Daha sonra şagirdlər Ulu Öndər Heydər Əliyevə, vətənə, bayrağa həsr olunmuş şeirlər, mahnılar səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi