Bullinq nədir

 Məktəbin psixoloqu Aytən Məmmədova məktəbdə bullinq hallarının müəyyənləşdirilməsi məqsədilə psixodiaqnostik işlərə başlayıb.

Bullinq nədir?

Bullinq uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Bullinqin (zorakılığın) bir çox növləri var; kiber, sosial, şifahi, psixoloji və fiziki zorakılıq. 

Kiber bullinq — Statistika müasir dövrümüzdə bu növ zorakılığın daha çox artdığını göstərir. Sosial şəbəkələr və mesajlar vasitəsilə insanları alçaltmaq, qorxutmaq, hesablarının sındırılması kiber zorakılığa aid edilir. 

Fiziki bullinq — Bu bütün cəmiyyətlərin ən ciddi problemidir. Yalnız qurbana deyil, eyni zamanda digər şagirdlərə də təsir göstərir.

Fiziki bullinqə vurmaq, itələmək, qəsdən toxunmaq, tüpürmək, şagirdin əşyalarının oğurlanması və s. daxildir.

Şifahi bullinq — Şəxsi qorxutmaq, sözlərlə alçaltmaq, adına ləkə yaxmaq şifahi bullinq sayılır.

Sosial bullinq — Şəxsin hansısa qrupdan kənarlaşdırılması, sinifdən təcrid edilməsi, ona qarşı qruplaşma yaratmaq bullinqin sosial növünə aiddir.

Psixoloji bullinq — Təqib etmək, qərəzli baxışlar və başqa psixoloji zorakılıqlar bu növə daxildir. 

Azərbaycanda və digər ölkələrdə baş vermiş intiharların səbəblərini araşdırdıqda bullinq və intihar arasında əlaqənin çoxluğu ortaya çıxır. Valideynlər, müəllimlər və şagirdlərə zorakılığın zərərverici olduğu barədə maarifləndirmə işləri aparmaq , intihar riski olan uşaqlara kömək etmək nəzərdə tutulan vacib iş istiqamətlərindəndir.

Bullinqin təsiri ilə baş verən intihar hadisələrinə aid bağlı statistikaya nəzər saldıqda görünən mənzərə heç də yaxşı deyil. Bu kimi neqativ hadisələrin qarşısının vaxtında alınması üçün bullinqin müəyyənləşdirilməsi məqsədiliə şagirdlərlə "İllinois Bullinq Şkalası" adlı psixodiaqnostik iş təşkil olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi