Məktəbəhazırlıq qruplarında dərslər başlayıb
Bu gün məktəbimizdə məktəbəhazırlıq qruplarında dərslərə start verilib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Balaca fidanları məktəbin direktoru Xoşqədəm Məmmədova təbrik edib Vətənə, Dövlətimizə layiqli vətəndaş olmağı diləyib.
Məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Dərs məşğələləri “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət”dən ibarətdir.
Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqları təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.