"İşğal olunmuş ərazilərdə ekoloji terror" mövzusunda nümunəvi dərs

      COP-29 "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində məktəbin coğrafiya müəllimi Sevinc Məhərrəmovanın təşkilatçılığı ilə "İşğal olunmuş ərazilərdə törədilmiş ekoloji terror" mövzusunda 10A sinfində nümunəvi dərs keçirilib.

     S. Məhərrəmova mövzuda işğal altında olan Azərbaycan torpaqlarında ekoloji terrorun genişmiqyaslı bir problem olduğunu qeyd edib. Bu ekoloji zərərlər Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra ciddi bərpa işlərinin aparılmasını tələb edir, eyni zamanda Azərbaycan Beynəlxalq təşkilatlar qarşısında bu ekoloji terrorlardan məsul olan şəxslərin cəzalandırılması və ətraf mühitin qorunması üçün tədbirlərin görülməsi üçün çağırışlar edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi