"Qələbə soraqlı - Son Zəng"
Bu gün məktəbimizdə "Qələbə soraqlı -Son Zəng" tədbiri keçirilib.
Tədbirdə Binəqədi rayon Binəqədi bələdiyyə sədri Rəşad İsayev, ADA Universitetinin müəllimi Əfsanə Molulova, məktəbin direktoru Xoşqədəm Məmmədova, müəllimlər və şagirdlər iştirak edib.
Tədbirə ilk öncə Azərbaycan Respublikasının Dövlət Bayrağı gətirilib.
"Son Zəng" tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Həmçinin xalqımızın müdrik oğlu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş igid oğullarımızın əziz xatirəsi bir dəqiq sükutla yad edilib.
Giriş sözü ilə tədbiri açıq elan edən məktəbin direktoru Xoşqədəm Məmmədova məzunları təbrik edib, gələcək təhsil həyatlarında nailiyyətlər arzulayıb və şagirdlərin vətənə, xalqa, dövlətə layiqli gənclər kimi yetişəcəyindən əmin olduğunu bildirib. Xoşqədəm Məmmədova buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdlərimizi fəxri fərmanla təltif edib.
Binəqədi rayon Binəqədi bələdiyyə sədri Rəşad İsayevdə çıxışında məzunları təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.
ADA Universitetinin müəllimi Əfsanə Molulova şagirdlərə həyatlarının yeni qədəm qoyduqları bu mərhələsində uğurlar arzulayıb.
"Son Zəng" tədbirində məktəbin XI sinif şagirdləri müxtəlif rəqs nümunələri, ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, ürək sözlərini deyiblər.
Sonda isə məzunlar üçün Son Zəng çalınıb, onlar müəllimlərlə sağollaşıb və məktəb həyatı ilə vidalaşıblar.