"Uşaq Hüquqları Konvensiyası"na dair tədbir keçirildi

"Uşaq hüquqları aylığı" elan olunması ilə əlaqədar olaraq 05.11.2016-cı il tarixdə 205 nömrəli tam orta məktəbdə tədbir keçirildi. Məktəbin direktoru T.Ə.Əliyev tədbiri açaraq "Uşaq Hüquqları aylığı"nın keçirilməsinin mahiyyəti haqqında şagirdlərə izahat verdi. OMBUDSMAN aparatının şöbə müdiri Ağayev Faiq Bahadur oğlu "Uşaq Hüquqları" haqqında geniş məruzə etdi. Şagirdlərin "Uşaq Hüquqları"na dair verdiyi suallar cavablandırıldı. 07.11.2016-cı il tarixdə isə YAP Binəqədi Rayon Təşkilatının və Binəqədi Qəsəbə Bələdiyyəsinin dəstəyi ilə" Uşaq Hüquqları"na həsr edilmiş növbəti tədbir keçirildi. Tədbirdə YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə və Binəqədi Bələdiyyə sədri Aytac Əliyeva maraqlı məlumatlarla çıxış etdilər.Tədbirdə uşaqları düşündürən suallara ətraflı cavablar verildi.Məktəbin direktoru T.Ə.Əliyev tədbirdə çıxış etdi. Tədbir şagirdlər tərəfindən maraqla qarşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi