11.09.2023-cü il tarixdə ibtidai sinif metodbirləşmə iclası keçirildi.

11.09.2023-cü il tarixdə məktəbdə ibtidai fənni üzrə metodbirləşmə iclası keçirildi.İclası metodbirləşmə rəhbəri olan Hüseynova Zenfira açdı.İclasda bir çox məsələlər müzakirə olundu.Bunlar 2023-2024-cü tədris ilinin dərs planının müzakirəsi, diaqnostik qiymətləndirməyə hazırlıq işləri haqqında , formativ qiymətləndirmənin təşkilinin necə aparılması, KSQ və BSQ tərtibində meyarların düzgün tətbiqi , tədrisin keyfiyyətində qiymətləndirmə və standartın tətbiqi və sonda yeni metodbirləşmə sədrinin seçilməsi.İclasda Hacıyeva Leyla,Dostuyeva Sevinc, İsmayılova Misri, Məhərrəmova Flora öz çıxışlarını etdi.