12.05.2025-ci il tarixdə məktəbimizdə Reproduktiv Sağlamlığın tədrisi layihəsi çərçivəsində seminar keçirildi.

Reproduktiv sağlamlıq nədir?   Reproduktiv sağlamləq dedikdə əsasən nəsil artımı qabiliyyətinin olması və azad seçim nəzərdə tutulur.Başqa sözlə desək ,reproduktiv sağlamlıq -reproduktiv sistem,onun funksiya və proseslərinə aid olan bütün məsələlər daxil  olmaqla insanın tam fiziki ,əqli və sosial rifah halı deməkdir.Reproduktiv sağlamlıq həyatın bütün mərhələlərində insanın fiziki,psixoloji, sosial rifahının məcmusudur.Reproduktiv sağlamlıq cinsi tərbiyəni və bu istiqamətdə sağlamlığın qayğısına qalmağı ,xəstəliklərdən qorunmaq üçün biliklərə yiyələnməsini özündə ehtiva edir.Beləliklə də Təhsil Nazirliyinin Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi ilə həyata keçirdiyi Reproduktiv Sağlamlığın tədrisi layihəsini məktəbimizin yuxarı sinif şagirdlərinə psixoloq təlimçi Leyla Hacıyeva keçdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi