27.05.2025-ci il tarixdə məktəbimizdə "28 may-Müstəqillik günü"nə həsr olunmuş tədbir keçrildi.

27.05.2025-ci il tarixdə məktəbin İllik Fəaliyyət Planının müvafiq bəndinə əsasən "28 may-Müstəqillik günü"nə həsr olunmuş tədbir keçirildi.Tədbirdə YAP Suraxanı rayon təşkulatının sədr müavini Salman Əbdülov,ATİAHİ Suaraxanı rayon komitəsinin sədri Fərhad Həsənov,məktəbin diektoru Nizami Niftiyev,məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Aytəkin Quluzadə,müəllim-şagird kollektivi və digər rəsmi şəxslər iştirak etmişlər.Tədbirdə Dövlət Himni səsləndirilib.Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Məktəbimizin direktoru Nizami Niftiyev tədbiri giriş sözü ilə açaraq qonaqları və tədbir iştirakçılarını salamlamış,"28 may -Müstəqillik Günü"münasibətilə təbrik edərək səmimi ürək sözlərini çatdırdı.Daha sonra tədbir məktəb şagirdləri tərəfindən hazırlanmış rəqslərin və musiqinin nümayiş olunması ilə davam etmişdir.