FƏXRİMİZ

Şəhid Məzahir Kərim oğlu Bayramov 1961-ci il avqust ayının 27-də Beyləqan rayonunda anadan olmuşdur. 1968-ci ildə Beyləqan rayonu orta məktəbin 1-ci sinfinə getmiş, lakin ailəlikcə 1972-ci ildə Suraxanı rayonu Hövsan qəsəbəsi 1 saylı Zeytun sovxozuna köçdüklərindən təhsilini Hövsan qəsəbəsindəki 196 saylı orta məktəbdə davam etdirmişdir. 1979-81-ci illərdə BDU-nun Hüquq fakültəsində oxumuş, oranı fərqlənmə diplomu ilə bitirərək , elə həmin ildən Bakı Brolyer Fabrikində hüquqşünas işləməyə başlamışdır.

Respublikamızda gedən qanlı-qadalı müharibədə neçə-neçə ailə oğul itirdi, neçə bacı qardaşsız, ana oğulsuz qaldı. O vaxtlar müharibə bölgəsində tökülən qanlara Məzahir də biganə qala bilmədi. 1992-ci ildə DİN-nin xətti ilə könüllü olaraq Kəlbəcər rayonunda polis müstəntiqi vəzifəsinə təyin edilmişdi. Həyatının son gününə qədər həmin vəzifədə çalışmış, qısa müddətdə kollektivin və nazirliyin hörmətini qazanmış, yüksək rütbəyə layiq görülmüşdür. Məzahir mülayim xasiyyətli, çalışqan, həmişə axtarışda olan bir adam idi, evliydi. Bir qız övladı vardı.

1992-ci il oktyabrın 21-i .. Baş vermiş cinayət hadisəsini açarkən Kəlbəcər –Tərtər  su sərhəngi yolunda erməni terroristlərinin –faşistlərinin pusqusuna düşmüş və qeyri bərabər döyüşdə qəhrəmancasına şəhid olmuşdur.

Məzahir Bayramov Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda xidmətlərinə görə ölümündən sonra ölkə başçısı tərəfindən qiymətləndirilərək Azərbaycan Respublikası Prezidentinin 30.06.2006 tarixli 1545№ li sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. Şəhid Məzahir Bayramovun şagirdi olduğu 196 saylı orta məktəb hazırda onun adını daşıyır.  Bu böyük kollektiv heç zaman onu unutmayacaq, yaşadacaq və onunla fəxr edəcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi