08.05.2025-ci il tarixdə məktəbimizdə Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü qeyd olundu.

Azərbaycan dövlətinin qurucusu,dahi şəxsiyyət ,Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar məktəbin akt zalında tədbir keçirilib.Tədbiri məktəbin rus dili müəllimi olan Ələkpərova Natalya rəhbəri olduğu 8ç sinif şagirdləri ilə birgə hazırladı.Tədbirdə məktəb rəhbəri Nizami Niftiyev,məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Aytəkin Quluzadə,fənn müəllimləri, valideynlər və şagirdlər iştirak etdi.