28.04.2025-ci il tarixdə məktəbimizdə "Nur Saçan Bir Ömür"başlığı altında görkəmli oftalmoloq Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü qeyd olundu.

Azərbaycan Respublikası,Elm və Təhsil Nazirliyinin,Bakı Şəhər Təhsil İdarəsinin əmrinə əsasən məktəblərdə görkəmli oftalmoloq-alim,akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirlər planı icra olunmuşdur.Akademik Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya sahəsinin inkişafında dərin iz qoyan ilk qadın alimlərdən biri olub,peşə oftalmologiyasının yaranması məhz onun adı ilə bağlıdır.Elmi araşdırmalara görə SSRİ Tibb Elmləri Akademiyasının Averbax mükafatına layiq görülüb,monoqrafiyaları və yüzlərlə elmi məqalələriilə tanınıb.Zərifə xanımın fəaliyyəti həm elmi,həm də ictimai baxımdan Azərbaycan səhiyyəsinə dəyərli töhfələr verib.Bununla bağlı məktəbin fizika müəllimi Dostuyeva Tahirə rəhbəri olduğu 8c sinif şagirdləri ilə birgə "Nur Saçan Bir Ömür"başlığı altında görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci il dönümünə həsr olunmuş tədbir keçirdi.Tədbirdə məktəbin direktoru Nizami Niftiyev,məktəbəqədər və sinifdənxaric işlər üzrə təşkilatçı Aytəkin Quluzadə ,müəllimlər və şagirdlər iştirak etdilər.