Məktəbimizin həyətyanı sahəsində "Məktəbli bostanı"yaradıldı.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə "Yaşıl layihə:Təbiəti qoruyanlar"adlı layihənin həyata keçirilməsi ilə bağlı məktəbin tədbirlər planı hazırlanmışdır.Tədbirlər planına əsasən məktəbin biologiya fənnini tədris edən müəllimlər, məktəbin kiçik bioloqlar komandası ilə birlikdə bostanda bitkilərin əkilməsi,onların inkişaf dinamikasını nəzarətdə saxlamaq və böyüməsini mü\şahidə etməsini təmin etməkdir.Qeyd edək ki,layihənin əsas məqsədi şagirdlərin ekoloji maarifləndirilməsi,onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması,müəllim-şagird ,şagird -şagird əməkdaşlığının inkişaf etdirilməsi,təbii sərvətlərin qorunması,müdafiəsi və onlardan səmərəli istifadə edilməsi,müvafiq qlobal problemlərin həllinə dəstək verilməsindən ibarətdi.