08.05.2025-ci il tarixdə məktəbin birinci siniflərində yoxlama imla yazdırıldı.

Məlum olduğu kimi ,şagirdlərdə savadlı yazı yazmaq vərdişlərinin aşılanmasında müxtəlif öyrədici və yoxlama yazı işlərinin düzgün təşkili müstəsna rol oynayır.Yoxlama imla bir tərəfdən şagirdlərdə savadlı yazı vərdişi yaradır,digər tərəfdən də orfoqrafik kəsirləri müəyyənləşdirmək və aradan qaldırmaq işində müəllimlərə zəngin material verir.Bu imladan məqsəd şagirdlərin orfoqrafik və qrammatik biliklərini,öyrədici yazıların nəticəsini yoxlamaqdan ibarətdir.Bu baxımdan məktəbin İllik Fəaliyyət planına uyğun olaraq şagirdlərdə yazı mədəniyyəti,dil qaydalarına riayət etmə səviyyəsinin formalaşdırılması məqsədilə may ayının 8-də birinci siniflərdə rəhbərlik tərəfindən yoxlama imla yazdırılıb.