06.05.2025-ci il tarixdə məktəbin 11-ci sinif şagirdlərinin iştirakı ilə "Türk tarixinə səyahət"mövzusunda müzakirə keçirildi.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi,Bakı şəhəri üzrə Təhsil İdaəsinin 3-29-59\3-2-150F\2025 nömrəli əmrinə əsasən milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi,təhsilalanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi,türk xalqlarının qədim tarixinin hərtərəfli öyrənilməsi,şagirdlərdə yaradıcı düşüncə meyillərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Əsasnaməsinin 5.5.4-cü bəndini rəhbər tutaraq "Dəyərlərimizi qoruyaq"layihəsi keçirilir.Layihəyə əsasən məktəbin 11-ci sinif şagirdlərinin iştirakı ilə "Türk tarixinə səyahət"mövzusu müzakirə olundu.Müzakirəni məktəbin direktoru Nizami Niftiyev,məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Aytəkin Quluzadə və mentor müəllimlər apardı.