Məktəbdə 2023-2024-cü tədris ilinin Təsviri incəsənət, Texnologiya, Fiziki tərbiyə, Musiqi fənni üzrə metodbirləşmə iclası keçirildi.

11.09.2023-cü il tarixdə məktəbin Təsviri incəsənət, Texnologiya, Fiziki tərbiyə və Musiqi fənni üzrə 2023-2024-cü tədris ilinin sentyabr ayı üçün metodbirləşmə iclası keçirildi.İclasda metodbirləşmə sədri Fətullayeva Səidə və fənn müəllimləri iştirak etdilər.Müzakirə olunan məsələlər isə 2023-2024-cü ilin dərs planı, diaqnostik qiymətləndirməyə hazırlıq işləri,formativ qiymətləndirmənin təşkilinin necə aparılması,KSQ və BSQ tərtibində meyarların düzgün tətbiqi, tədrisin keyfiyyətində qiymətləndirmə və standartın tətbiqi,fənn olimpiadalarının hazırlıq işlərinin təşkili barədə olmuşdur.Sonda yeni metodbirləşmə sədri İsmayılova Ziyafət ,katib isə Əmirova Yana seçildi.