25.06.2023-cü ildə keçirilən pedaqoji şura

25.06.2023-cü il tarixdə məktəbin akt zalında fəaliyyət planına uyğun olaraq 2022-2023-cü ilin tədris yekunlarına həsr olunmuş pedaqoji şura iclası keçirildi.İclasda məktəbin direktoru Nizami Niftiyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Aidə Cəfərova, tərbiyə işləri üzrə təşkilatçı Aytəkin Quluzadə,uşaq birliyinin rəhbəri Rahidə Quliyeva, təsərrüfat işləri üzrə direktor müavini Şəfa Hüseynova və müəllimlər iştirak etdi.İclası giriş sözü ilə açan məktəbin direktoru Nizami Niftiyev müəllimləri salamladı və ilin yekunları,qarşıda duran məsələlər , sinifdən -sinifə keçirilən şagirdlər haqqında müəllimləri məlumatlandırdı.Həmçinin təlim tərbiyə işləri üzrə direktor müavini Aidə Cəfərova öz çıxışında il ərzində nailiyyətləri ilə seçilən şagirdlər haqqında geniş məlumat verdi.Tərbiyə işləri üzrə təşkilatçı Aytəkin Quluzadə şagirdlərin davamiyyəti,nizam -intizam qaydaları haqqında, təsərrüfat işləri üzrə direktor müavini Şəfa Hüseynova il ərzində məktəbdə təmir olunmuş, həmçinin təmirə ehtiyacı olan yerlər haqqında,uşaq birliyinin rəhbəri Rahidə Quliyeva keçirilmiş tədbirlər və orada iştirakı ilə fərqlənən şagirdlər haqqında məlumat verdi.Sonda il ərzində nailiyyətləri ilə seçilən bir sıra müəllimlər rəhbərlik tərəfindən fəxri fərmanla təltif olundular.