Azərbaycan Milli Tarix muzeyinə ekskursiya

Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyinin əməkdaşlığı və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Muzeylər və Heydər Əliyev İli"adlı interaktiv proqram əsasında 25.05.2023-cü il tarixdə məktəbin Biologiya müəllimi Mustafayeva Zümrüd rəhbəri olduğu 5b sinif şagirdləri ilə birlikdə Azərbaycan Milli Tarix muzeyinə ekskursiyaya getdilər.Burada onlar Hacı Zeynalabdin Tağıyevin ev muzeyi ilə tanış oldular.Onun iclas otağı, istirahət otağı ilə tanış olub həyat fəaliyyəti haqqında geniş məlumat topladılar.