Təsviri incəsənət musiqi və texnologiya fənn aylığının tədbiri keçirilib.

23.05.2023- cü il tarixdə Təsviri incəsənət, musiqi və texnologiya fənn aylığının tədbiri keçirildi.Tədbirdə məktəbin direktoru Nizami Niftiyev iştirak etdi.Tədbiri fənn metodbirləşmə sədri Səidə Fətullayeva açıq elan etdi.Tədbirdə musiqi müəllimi Yana Əmirovanın rəhbərliyi altında 8-ci sinif şagirdləri xor ifa etdi və 5-ci sinif şagirdlərindən ibarət "Gözəllərim"rəqs qrupu "Güllər"və "Lay-lay"rəqsini ifa etdilər.Məktəbimizin müəllimi Ziyafət İsmayılova "İnsan orqanizmində qida məhsullarının əhəmiyyəti"mövzusunda təqdimat etdi.Daha sonra 7c sinif şagirdi Xalid Cəfərzadənin "Xalq çalğı alətləri"mövzusunda təqdimatı çox maraqlı idi.Sonda 7-ci sinif şagirdləri arasında" Bilik Yarışı "keçirildi.Qalib siniflər direktor tərəfindən fəxri fərmanla təltif edildi.