Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təşkilat saatı keçirildi.

Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə elan edilmiş "Heydər Əliyev İli" çərçivəsində məktəbimizdə silsilə tədbirlər keçirilir. Məktəbin riyaziyyat müəllimi Bəkirova Rəfiqə rəhbəri olduğu 8b sinfində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş təşkilat saatı keçirdi.Burada şagirdlər Heydər Əliyevə həsr olunmuş divar qəzetləri və guşə hazırladılar.