Məktəb şagirdləri Heydər Əliyev abidəsini ziyarət etmişdir

Azərbaycanın zəngin tarixinin xüsusi bir səhifəsi olan Heydər Əliyev siyasi kursu ,196 nömrəli məktəbin əsas prioritetlərindən biridir.Bu baxımdan, tarixin bu mərhələsini şagirdlərə daha yaxşı mənimsətmək məqsədi ilə Ulu Öndərin anadan olmasının 100 illiyi məktəb kollektivi tərəfindən təntənə ilə qeyd edilmiş, onun Suraxanı rayonunda yerləşən abidəsi ziyarət edilmiş önünə gül-çiçək dəstələri qoyulmuşdu.