Fizika fənn müəllimi Nərmin Dadaşova nümunəvi dərs keçirdi

Məktəbin fəaliyyət planınına 2.5 bəndinə əsasən dekabr ayı Kimya-Biologiya-Fizika aylığı elan olundu.Bu ay çərçivəsində məktəbimizin fizika fənn müəllimi Nərmin Dadaşova 22 dekabr 2022-ci il tarixində 8 c sinfində fizika fənni üzrə Qaynama.Doyan və doymayan buxar mövzusunda nümunəvi dərs keçirdi.Məktəbin direktoru Nizami Niftiyev,təlim-tərbiyə işləri üzrə direktor müavini Aidə Cəfərova və fizika fənn müəllimi Tahirə Dostuyeva iştirak etdilər.Dərs beyin həmləsi,müzakirə təlim metodlarına əsalanaraq təşkil olunmuşdur.Dərsdə resurslar,dərslik,elektron təqdimat,iş vərəqələri,test tapşırıqları materiallarından istifadə olundu.Şagirdlər dərsdə tapşırıqları yerinə yetirməklə dərsi daha yaxşı mənimsədilər,doyan və doymayan buxarı fərqləndirə bildilər.Qaynama prosesini sərbəst izah etdilər,qaynama temperaturunun asılığı araşdırıldı.Sonda isə qruplar və qrup üzvləri qiymətləndirildi