"Mənim gündəliyim" adlı oxu və yaradıcılıq müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçirilib.

28.10.2022-ci il tarixində 20 nömrəli məktəb-litseydə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən "Mənim gündəliyim" adlı oxu ve yaradıcılıq müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçirilib.
Həmin tədbirdə xüsusi fəallığı ilə fərqlənən məktəbimizin 9 a sinif şagirdi Teymurlu Rəhiməxanım Təşəkkürnamə ilə təltif olunmuşdur. Məktəbin direktoru Nizami Niftiyev təbrik edərək bundan sonrakı təhsil fəaliyyətində daha da əzmlə çalışıb uğur qazanmağı arzuladı.