Suraxanı Rayonunda Beynəlxalq" Müəllimlər Günü" qeyd olunub

Oktyabrın 4-də Suraxanı Rayonunda 5 oktyabr - Beynəlxalq "Müəllimlər Günü" münasibətilə tədbir keçirilib.Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, Rayon Ağsaqqallar Şurasının üzvləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Suraxanı rayonunda adını daşıyan parkda ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

 Sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov Beynəlxalq "Müəllimlər Günü" münasibətilə təhsil işçilərini təbrik edib, onlara xoş arzularını bildirib. Əziz Əzizov qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər,dövlətimizin başçısının bu amili dövlət siyasətinin prioritetləri sırasına daxil etməsindən xəbər verir. YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov çıxışında müəllimləri  Beynəlxalq Müəllimlər Günü təbrik etmiş, çətin və şərəfli işlərində uğurlar arzulamışdır. Yerli təşkilatın sədri bildirmişdir ki, müəllimlər mübaliğəsiz öz ömürlərini xalqın ömrünə qurban verən fədailərdirlər.   YAP Suraxanı rayon təşkilatının sədri onu da qeyd etmişdir ki, rayon təşkilatının üzvlərinin böyük əksəriyyəti məhz müəllimlərdən ibarətdir. Bu amilin özləri üçün böyük şərəf olduğunu vurğulayaraq bildirdi ki, yerli təşkilat olaraq hər zaman təhsil olacaqlarına qayğı ilə yanaşmaqdadırlar. Xüsusi ilə illərdir doğma partiyamıza ləyaqətlə xidmət edən veteran müəllimlərə diqqət ayırılmaqdadır.

Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Etibar Əliyev və müəllimlər çıxış edərək, müəllimləri təbrikedib işlərində uğurlar azuladılar.

Sonra Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisi pedaqoji sahədə səmərəli fəaliyyətlərinə, gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara görə Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif ediliblər.Məktəbimizin direktoru Nizami Niftiyev  fəxrifərmanla təltif olunmuşdur.

Sonda təhsil işçiləri ilə xatirə şəkilləri çəkilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi