Çalışmanın yaş həddinə çatmış müəllimlərlə görüş keçirilib

    Müəllimlər uzun illər ərzində minlərlə şagirdin həyatına bilik, tərbiyə və dəyərlər aşılayan, cəmiyyətimizin ən dəyərli və əvəzsiz dayaqlarıdır. Onların səbrlə və böyük fədakarlıqla həyata keçirdikləri pedaqoji fəaliyyət yalnız bilik ötürməkdən ibarət deyil, eyni zamanda gənc nəsillərin şəxsiyyət kimi formalaşmasında, yüksək əxlaqi və vətənpərvərlik keyfiyyətlərinin aşılanmasında mühüm rol oynayır. Müəllimlərin zəhməti və əzmkarlığı sayəsində təhsil ocaqları həyat dolu məkana çevrilir, və artıq təqaüdə çıxan bu dəyərli pedaqoji nəsil isə öz zəngin təcrübəsi ilə gələcək nəsillərə örnək olaraq, işıq saçmağa davam edir.

17 iyun tarixində məktəbimizdə uzun illər pedaqoji fəaliyyət göstərmiş və çalışmanın yaş həddinə çatmış müəllimlərlə görüş təşkil olunub. Görüş zamanı onların məktəbin inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib, səmərəli və fədakar fəaliyyətlərinə görə təşəkkür bildirilib.

Məktəb rəhbərliyi tərəfindən təqaüdə yola salınan müəllimlərə Fəxri Fərman təqdim olunub, gələcək həyatlarında onlara möhkəm can sağlığı və xoş istirahət arzulanıb.

#Məktəb191 #PedaqojiHəyat #Təşəkkür #Təqaüd #FəxriFərman

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi