“Tətilə Salam!” – Yayın başlanğıcı təşkilat saatında qeyd olundu

    Məktəbin 3b sinif şagirdləri üçün dərs ilinin sonunu əhatə edən “Tətilə Salam!” adlı təşkilat saatı keçirilib. Tədbirin əsas məqsədi şagirdlərə tətil dövrü ilə bağlı maarifləndirici məlumatlar vermək, onların yay aylarını səmərəli və təhlükəsiz şəkildə keçirməsinə şərait yaratmaq olub.

Sinif rəhbəri tərəfindən aparılan söhbətlərdə istirahət zamanı sağlam həyat tərzinə əməl etməyin, oxumağı unutmamağın və ətraf mühitə qayğı ilə yanaşmağın vacibliyi vurğulanıb. Uşaqlar yay tətilinə aid şeirlər söyləyib, rəsmlər təqdim edib, öz arzularını bölüşüblər.

Tədbirin sonunda şagirdlərə xoş və təhlükəsiz tətil arzu olunub.

#191mekteb #BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #TətiləSalam #İlSonuUğuru #YayTətili2025ab

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi