Şagirdlər dərs ilinin bitməsini təbiət qoynunda qeyd etdilər

    Məktəbin 3a sinif şagirdləri 2024–2025-ci tədris ilinin sonunu təbiət qoynunda istirahətlə qeyd ediblər. Sinif rəhbərinin təşəbbüsü ilə təşkil olunan bu gün şagirdlər üçün həm dincəlmək, həm də bir-biriləri ilə daha səmimi mühitdə ünsiyyət qurmaq imkanı yaradıb.

Təbiət qoynunda keçirilən bu görüş şagirdlərin kollektiv ruhunun möhkəmləndirilməsinə, onların sosial bacarıqlarının inkişafına və müsbət emosional mühitin formalaşmasına xidmət edib. Gün ərzində müxtəlif əyləncəli oyunlar, komanda yarışları və maraqlı fəaliyyətlərlə zəngin proqram həyata keçirilib.

Məktəb rəhbərliyi şagirdlərə sağlam və xoş yay tətili arzulayır!

#191mekteb #BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #TəbiətdəGünn #İlSonuSevinci #MəktəbXatirələri

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi