Tədris ilinin yekunlarına dair pedaqoji şura iclası keçirilib

    İyunun 17-də 2024–2025-ci tədris ilinin II yarımilinin və ümumilikdə tədris ilinin yekunlarına həsr olunmuş pedaqoji şura iclası keçirilib.

İclas zamanı məktəbdə yarımil ərzində həyata keçirilmiş pedaqoji, metodiki və təşkilati fəaliyyətlər ətraflı şəkildə təhlil olunub. Rəhbər heyətin və müəllimlərin hesabatları dinlənilib, tədris nailiyyətləri, şagirdlərin akademik göstəriciləri, tərbiyə işlərinin nəticələri və məktəbdaxili inkişaf istiqamətləri üzrə müzakirələr aparılıb. Eyni zamanda tədris ilinin ümumi yekunlarına dair illik hesabatlar təqdim olunub və növbəti tədris ili üçün prioritetlər müəyyənləşdirilib.

İclas çərçivəsində il ərzində pedaqoji fəaliyyətində fərqlənən, məsuliyyət və təşəbbüskarlıq nümayiş etdirən müəllimlər məktəb rəhbərliyi tərəfindən təltif olunub.

#Məktəb191 #PedaqojiŞura #Təhsil #BŞTİ #İlSonu #Hesabat

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi