Məktəbin həyətində öyrədici oyun mühiti yaradılıb

    Şagirdlərin öyrənmə prosesini daha maraqlı və cəlbedici formada təşkil etmək məqsədilə məktəb həyətində interaktiv öyrədici oyunlar hazırlanıb.

Məktəbin həyətinə çəkilən müxtəlif tədris yönümlü oyun elementləri – hərəkətli tapşırıqlar, rəqəmlər, məntiqi ardıcıllıqlar və digər vizual vasitələr vasitəsilə şagirdlər tənəffüs zamanı həm əylənir, həm də təlimə dəstək verən fəaliyyətlərə cəlb olunurlar.

Bu təşəbbüs şagirdlərin fiziki aktivliyini artırmaqla yanaşı, onlarda diqqət, düşünmə və əməkdaşlıq bacarıqlarının formalaşmasına xidmət edir.

Oyunların hazırlanmasında və tətbiqində göstərdikləri dəstəyə görə müəllim və şagirdlərimizə təşəkkür edirik.

#191Məktəb #TəhsildəYaradıcılıq #ƏylənərəkÖyrənək #AçıqHavaTəhsili #ŞagirdFəallığı #İnteraktivTədris #ElmVəTəhsilNazirliyi #BakıTəhsilİdarəsi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi