Məktəb nənə və babaları qonaq etdi – birlikdə öyrəndilər, birlikdə əyləndilər

Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji və psixoloji əsaslarla, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri üzərində qurulması, təhsilalanların motivasiya, əxlaqi dəyərlər və ictimai məsuliyyət hisslərinin inkişafı məqsədilə məktəbimizdə “Ailəm və Məktəbim” layihəsi uğurla həyata keçirilir. Layihə üzrə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq iyunun 5-də ailə dəyərlərinə bağlılığını gücləndirmək və nəsillərarası ünsiyyəti təşviq etmək məqsədilə nənə və babaların iştirakı ilə xüsusi təşəbbüs həyata keçirilib.
Tədbir çərçivəsində 4a və 4b siniflərində nənə və babalar məktəbdə dərsdənkənar fəaliyyətlərə cəlb olunub, şagirdlərlə birgə vaxt keçirərək onların gündəlik təhsil və sosial həyatına daha yaxından şahidlik ediblər. Həmçinin 2b sinfində təşkil olunan açıq hava tədbirində – piknikdə də nənə və babalar şagirdlərlə birlikdə maraqlı və mənalı zaman keçirib, həyat təcrübələrini bölüşərək səmimi söhbətlər aparıblar.
Bu təşəbbüs nəsillər arasında bağların möhkəmləndirilməsi, ailə dəyərlərinin təbliği və şagirdlərin mənəvi tərbiyəsinin gücləndirilməsi baxımından olduqca mühüm əhəmiyyət daşıyır.
#191Məktəb #AiləDəyərləri #NəsillərarasıÜnsiyyət #TəhsildəƏməkdaşlıq #AiləmvəMəktəbim #TəhsildəMənəviTərbiyə #ElmVəTəhsilNazirliyi #BakıTəhsilİdarəsi