Ümumi orta təhsil səviyyəsini başa vurmuş şagirdlərin valideynləri ilə görüş keçirilib

Məktəbin illik fəaliyyət planına uyğun olaraq iyunun 5-də 2024-2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsini başa vuran (IX sinif) şagirdlərin valideynləri ilə maarifləndirici iclas təşkil olunub.
İclas zamanı valideynlərə ümumitəhsil pilləsini başa vurmuş təhsilalanlara təqdim olunan dövlət sənədlərinin – attestat və onun əlavələrinin nümunələri, eləcə də bu sənədlərin verilmə qaydaları barədə ətraflı məlumat verilib. Bununla yanaşı, şagirdlərin tam orta təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi ilə bağlı mövcud normativ-hüquqi tənzimləmələr izah olunub.
Həmçinin, iclasda peşə təhsili müəssisəsinin nümayəndəsi də iştirak edərək peşə məktəbinə sənəd qəbulu, ixtisas seçimi, tədris prosesinin təşkili və məzunların gələcək peşə fəaliyyətinə dair ətraflı təqdimatla çıxış edib.
Tədbirdə valideynlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb və mövzu üzrə zəruri metodik tövsiyələr verilib.
#191Məktəb #Valideynİclasları #ÜmumiOrtaTəhsil #PeşəTəhsili #Təhsilİnformasiya #Maarifləndirmə #ElmVəTəhsilNazirliyi #BakıTəhsilİdarəsi