20 il sonra məzunlar yenidən məktəbdə bir araya gəliblər

    Məktəbin 2005-ci il məzunları bu gün bir araya gələrək məktəbdə görüş keçiriblər. İllər sonra yenidən doğma məktəbin divarları arasına qayıdan məzunlar müəllimləri ilə görüşüb, keçmiş xatirələrini bölüşüblər.

Görüş zamanı məzunlar təhsil aldıqları illəri xatırlayaraq, məktəbin həyatlarında oynadığı rolu minnətdarlıqla qeyd ediblər. Müəllimlər isə sabiq şagirdlərini müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən fərdlər kimi görməkdən məmnun olduqlarını bildiriblər.

Məzunlarla mütəmadi əlaqənin qorunub saxlanması, məktəbin tarixi yaddaşının və pedaqoji irsinin yaşadılması baxımından önəmli hesab edilir.

#191Məktəb #MəzunGörüşü #TəhsilƏlaqəsi #DoğmaMəktəbəQayıdış #Məktəb191 #Təhsil #Şagird

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi