Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq!

Gənc Vətənpərvərlər İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı əhalinin maarifləndirilməsi üçün tədbirlərinin keçirilməsi ” adlı layihə çərçivəsində məktəbimizdə ”GMO orqanizmli məhsulların yaranma səbəbləri “ mövzularında elmi nəzəri praktik konfrans keçirildi.

Tədbirdə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının katibliyin məsləhətçisi Q.Yyaqubov, məktəbinin müvafiq struktur rəhbərləri, müəllim və şagirdləri ,GVİB-n İdarə Heyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan 19 saylı tam orta məktəbin direktoru A.Əliyev tədbiri açıq elan etdikdən sonra bir dəqiqə sükutla Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu yad edildi.

Layihə rəhbəri M. Əliyev birliyin qida təhlükəsizliyi istiqamətində gördüyü işlər haqqında danışdı. O, belə tədbirlərin ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğuladı. Layihə çərçivəsində bukle nəşr olunduğunu deyən birlik sədri gələcəkdə bu işlərin daha da genişləndirilməli olduğunu qeyd etdi.

Tədbirdə ,çıxış edənlər Təlim-tərbiyə işləri üzrə direktor müavini Kəmalə Piriyeva,tərbiyə işləri üzrə direktor müavini və eyni zamanda məktəbin biologiya müəlliməsi Ülviyyə Məmmədova, hərbi rəhbər İslam Əzimov ,AMEA –n Azərbaycan Tarix Müzeyinin təmsilçisi V.Xudaverdiyev və başqaları bu yönümlü layihələrin vacibliyindən söz açdılar.

Tədbirdə mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunub, iştirakçıların sualları cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi