14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günüdür
Məktəblilərin elmə, təhsilə, eyni zamanda, kitaba marağının artırılması, onların dünyagörüşünün inkişaf etdirilməsi məqsədilə 14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar məktəbin ibtidai sinif müəllimi Mətanət Nəcəfova kitabxana müdiri Sevinc Hüseynova ilə birlikdə 1 "D" sinif şagirdlərin kitablarla tanışlığını və kiçik həcmli hekayələrin oxusu və müzakirəsini təşkil ediblər. Şagirdlər tədbir zamanı bir - birlərinə və məktəb kitabxanasına maraqlı kitablar bağışlayıblar. Kitab bağışlama aksiyasında valideynlər də aktiv iştirak edib.
Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar məktəbin digər bir sinfi - 5 “A” sinfində də kitab bağışlama aksiyası keçirilib. Şagirdləri sinif müəllimi Vəsilə Namazovanın təşəbbüsü ilə oxuyub bitirdikləri maraqlı kitabları sinfə gətirərək öz sinifyoldaşlarına hədiyyə ediblər.