Kiçik Akademiya ilin son iclasını keçirdi

28 dekabr 2024-cü il tarixdə məktəb Kiçik Akademiyasının ilin son iclası keçirildi. İclası Kiçik Akademiya rəhbəri Afət Mikayılova açıq elan etdi. Akademiyanın prezidenti Xumar Məmmədova araşdırmanı həyata keçirən şagirdləri iştirakçılara təqdim etdi. İclasda "Milli ədəbiyyatımızın dahilərinin həyatına baxış" mövzusunda araşdırmalar təqdim olundu. 9b sinif şagirdləri Nuray Camalova və İlahə Bəndiyeva Nizami Gəncəvinin, 9d sinif şagirdləri Zemfira Məmmədova və Məleykə Haşımova Cəlil Məmmədqluzadənin, 9f sinif şagirdləri Natəvan Bağırova və Gülayə Nuriyeva Xurşidbanu Natəvanın həyatını araşdıraraq təqdimat etdilər. İclasa dəvət olunan məktəbin tarix müəllimi Ruhəngiz Hacıyeva şagirdlərin araşdırmalarına tarixçi kimi fikirlərini bildirdi və əlavələr etdi. Dəvət olunmuş digər müəllimlər də şagirdlərin araşdırmalarına öz fikirlərini bildirdilər. Növbəti iclasın yanvar ayında keçiriləcəyi qərara alınaraq iclas yekunlaşdırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi