HAQQIMIZDA

Bakı şəhəri C.Cabbarlı adına 187 nömrəli tam orta məktəb 1936-cı ildən fəaliyyət göstərir. Hal-hazırda 108 sinifdə 3001 şagird təhsil alır. Məktəbdə iki bölmə - Azərbaycan və rus bölmələri vardır. Məktəb iki növbəlidir, altı günlük iş rejimi ilə işləyir.1955-ci ildən etibarən Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin qərarı ilə məktəb görkəmli dramaturq Cəfər Cabbarlının adını daşıyır. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 164 müəllim məşğuldur. Sabunçu rayon RTŞ-nin 40 saylı 2004-cü il tarixli əmri ilə 2004-cü ildə rayon miqyasında məktəbin qabaqcıl iş təcrübəsi öyrənilib yayılmışdır. Məktəb 9 il ardıcıl olaraq “İlin yaradıcı fəalliyəti ilə fərqlənən ən yaxşı təlim-tərbiyə müəssisəsi” adına layiq görülmüş, müxtəlif mükafatlar və diplomlarla, fəxri fərmanlarla təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2010-cu il tarixli, 997 nömrəli sərəncamı ilə Bakı şəhəri 187 nömrəli orta məktəb 2009/2010-cu tədris ilində keçirilmiş “50 ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi