187 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının iclası keçirildi

26 aprel 2024-cü il tarixində 187 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının iclası keçirildi. İclasda Kiçik Akademiyanın rəhbəri Mikayılova Afət, vitse prezident Səmədov Ramal, dəvət olunan 5 müəllim və akademiyanın üzvləri olan şagirdlər iştirak etdi. İclas Kiçik Akademiya rəhbərinin çıxışı ilə açıq elan olundu. O, çıxışı zamanı fizika aylığı çərçivəsində Kiçik Akademiyanın üzvü olan şagirdlərin aktiv fəliyyətindən ötrü hər birinə təşəkkür etdi. Daha sonra 8-ci sinif şagirdləri Bəndiyeva İlahə və Xəlilzadə Reyhanın hazırladığı "Səs dalğaları" mövzusunda təqdimatları dinlənildi və müzakirə edildi. Kiçik Akademiyanın  sonrakı tədbir tarixi elan olunaraq iclas sona çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi