Kiçik Akademiya

Məktəbdə Kiçik Akademiyanın iclası keçirildi17 yanvar 2024-cü il tarixində 187 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının növbəti iclası keçirildi. İclasda məktəbin direktoru vəzifəsini icra edən Məmmədova Gülnarə, Kiçik Akademiya prezidenti Mikayılova Afət, məktəbin uşaq birliyi təşkilatı rəhbəri Məhərrəmova Xəyalə, kiçik akademiyanın vitse-prezidentləri və digər üzvləri iştirak etdilər. İclasda 9-cu sinif şagirdi Nəzərov Əli və 10-cu sinif şagirdi Səmədov Ramalın "Riyaziyyat kəşfdir, yoxsa ixtira" mövzusunda təqdimatı dinlənildi və müzakirə edildi. İclasda həmçinin RFO üzrə yarımfinal mərhələsinə vəsiqə qazanan şagirdlər təltif edildi.

Ətraflı

Zəfəri qazanan qazi və veteranlarımız!Məktəbin 1c sinif şagirdləri ilə Vətən müharibəsi qazilərinin görüşü keçirilib. Görüşdə məktəbin direktor vəzifəsini icra edən Gülnarə Məmmədova, təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Həsənova, pisixoloqlar Arzu Əliyeva, Aytac Həsənova iştirak etdi. Dövlət Himni səsləndirildi, vətən uğrunda canını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Birincilər vətənpərvərlik ruhunda mahnı və şeirlərini səsləndirdilər.

Ətraflı

“Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol”Sabunçu rayonu “Kiçik Akademiya”lar üzrə keçirilən “Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol” adlı STEAM müsabiqəsində məktəbimizin şagirdi oğlum Bağırov Rahil 1-ci yerə layiq görülüb. Bu müsabiqəni təşkil edən Sərxan müəllimə dərin təşəkkürümü bildirirəm. https://www.youtube.com/watch?v=mSNcmvGgdNU

Ətraflı

Sabunçu rayonu üzrə "Kiçik Akademiya"ların hesabat konfransı keçirilmişdir15 iyun 2021-ci il tarixdə Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə 2020/2021-ci tədris ilində görülən işlərlə bağlı hesabat konfransı keçirildi. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Konfrans 15 iyun - "Milli Qurtuluş Günü" nə təsadüf etdiyi üçün Ümummilli Lider Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev konfrans iştirakçılarını salamlayaraq, 2020/2021-ci tədris ilində görülən işlər barədə statistik məlumatlar verərək, 2021-ci ilin I yarım ilinin yekunları barədə çıxış etmişdir. Ardınca 68, 108, 130, 142, 148, 170, 192, 209, 271, 307 və 309 nömrəli tam orta məktəbin şagirdlərinin "Qurtuluşdan Zəfərə" "Ağıllı kənd", "Nizami dünyası", "My success story", "Atom bombası", "Zəncirvari nüvə reaksiyası", "Ana dilimiz", "Rus dilinin inkişaf aspektləri", "Səs və onun insan həyatında rolu" və.s mövzularına toxunaraq araşdırma işləri hazırlayıb, təqdimat etmişlər. Təqdimatlar ümumi struktura uyğun olaraq başlıq, giriş(problemin qoyuluşu, aktuallıq, yenilik) əsas hissə, işin məqsəd və vəzifələri, və xülasələlərə toxunularaq hazırlanmışdır. Hesabat konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf Layihələri üzrə sektorun baş məsləhətçisi Sevinc xanım Əzimova, 150-dən çox şəxs - məktəb rəhbərləri, KA rəhbərləri, müəllimlər, şagirdlər iştirak etmişdir.

Ətraflı

Sabunçu rayonu üzrə "Kiçik Akademiya"ların "Heydər Əliyev və Zəfər Tariximiz" adlı elmi-praktiki konfransı keçirildi08.05.2021-ci il tarixdə Sabunçu rayonunun “Kiçik Akademiya”üzrə mərkəz məktəbinin, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Kiçik Akademiya”ların Humanitar bölmə, Coğrafiya kafedraları üzrə Microsoft Teams Platforması üzərindən “Heydər Əliyev və Zəfər Tariximiz – Şuşa, Laçın” adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Daha sonra giriş sözü olaraq Sabunçu rayonunun “Kiçik Akademiya”üzrə mərkəz məktəbinin rəhbəri, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev çıxış edərək elmi-praktiki konfrans haqqında məlumat verdi. Ardınca BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov,  BŞTİ-nin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, AzTU-nun Abituriyentlərlə və tələbələrlə iş üzrə sektorunun müdiri Əsmər Nəbiyeva çıxış edərək, öz dəyərli fikirlərini konfrans iştirakçıları ilə bölüşdülər. Konfransın gündəliyinə əsasən adları siyahıda qeyd olunan şəxslərin çıxışları baş tutmuşdur : 1. 305 nömrəli tam orta məktəbin şagirdi  - Əlizadə Ayan (təqdimat); 2. 215 nömrəli tam orta məktəbin direktoru  - Cavad Mustafayev; 3. 75 nömrəli tam orta məktəbin direktoru -  Həqiqət Bayramova; 4. 90 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi  - Ramilə Məmmədli; 5. 252 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi – Jalə Gülalıyeva; 6. 74 nömrəli tam orta məktəbin şagirdi – Ülkər Əsgərova; 7. 75 nömrəli tam orta məktəbin şagirdi – Nuray Quliyeva; 8. 215 nömrəli tam orta məktəbin şagirdi – Aydan İsrayılova. Qeyd: Konfransda 200-dən çox şəxs (47 məktəb üzrə müəllim, şagird) iştirak etmişdir.

Ətraflı

Uğurların davamlı olsun!Azərbaycan Taekvondo Federasiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən taekvondo üzrə respublika birinciliyi və çempionatına yekun vurulub. Qeyd edək ki, ölkəmizdə taekvondonun təbliği və inkişaf etdirilməsi, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyan birincilik və çempionatda bütün bölgələrdən idmançılar mübarizə aparıblar. 24-28 dekabr 2019-cu il tarixlərində keçirilən taekvondo üzrə ölkə çempionatında Alpman Taekvondo Klubunun üzvü, məktəbimizin VIII sinif şagirdi Bağırov Vüqar yeniyetmələr arasında ölkə birinciliyinə layiq görülmüşdür. Biz də Vüqarı təbrik edir, ona dərslərində müvəffəqiyyətlər arzu edirik.

Ətraflı

Uğurların davamlı olsun!Azərbaycan milli komandasının üzvləri İtaliyanın Venesiya şəhərində Gənclərin Karate1 Premyer Liqa turnirinin ilk günü 3 medal qazanıblar. 13-15 dekabr tarixlərində yarışın ilk günü mübarizəyə qatılan 16-17 yaşlı idmançılardan Polina Qurenko (-53 kq) və Ramil Baxşəliyev (-55 kq) turnirin gümüş mükafatını qazanıb. Öz çəki dərəcələrində favoritlərdən sayılan Hüseyn Məmmədli və Əminağa Quliyev (-61 kq) bürünc medal uğrunda həlledici görüşdə qarşılaşıblar. Hesab açıılmadığından hakimlərin qərarı ilə döyüşü daha fəal keçirən Ə.Quliyev qalib gəlib. Qeyd etmək istəyirik ki, Əminağa Quliyev məktəbimizin XI sinifində təhsil alır. Azərbaycan bayrağını beynelxalq yarışlarda dəfələrlə yüksəklərə qaldırib, himnimizi qalib kimi dəfələrlə səsləndirib. Əminik ki, bundan sonra da Əminağa ölkəmizi ləyaqətlə təmsil edəcək və Vətənə böyük qələbə ilə qayıdacaq.

Ətraflı

“İntellektual Olimpiada”nın final turu keçirildiSabunçu rayonu “Kiçik Akademiya”larının qarşılıqlı şəkildə əlaqədə olması məqsədi ilə “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş  “Kiçik Akademiya”lara üzv olan VII-X sinif şagirdləri arasında 25.12.2019-cu il tarixdə “İntellektual Olimpiada”nın final turu keçirilmişdir. Final turunun nəticələrinə əsasən ən yüksək bal yığan komandalar müəyyən olundu. Qeyd edək ki, məktəbimizin komandası 16 balla III yerə layiq görüldü. Komandamızı təbrik edir, gələcəkdə daha böyük uğurlar qazanmağı arzu edirik.

Ətraflı

Gəlin onu tanıyaq“Xocalı” soyqırımına həsr edilmiş daha bir film çəkilib. Şair Samir Quliyevin "Şahid" şerinin motivləri əsasında çəkilən filmin adı “Xocalı şahidi"-dir. Qısametrajlı filmdə faciəyə şahidlik edən ailələrdən birinin başına gələn erməni vəhşiliyindən bəhs olunur. Filmin ssenari müəllifi də şair Samir Quliyevdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu filmdə rollardan birində məktəbimizin II sinif şagirdi Yusif Allahverdiyev çəkilib.

Ətraflı

Uğurlu gələcəyə!Sabunçu rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda məktəblilər arasında keçirilən referat müsabiqəsinin qalibi olduq. Məktəbin XI sinif şagirdi Kazımova Çimnaz Rahib qızı “Xürrəmilər hərəkatı-Babək” mövzusu üzrə təqdimatla çıxış edərək elmi işini təqdim etdi. Şəhər turuna vəsiqə əldə etdik. Şəhər turunda bizlərə uğurlar!

Ətraflı

Kiçik Akademiyadan uğurlu gələcəyə5 yanvar 2019-cu il tarixdə məktəbdə "Kiçik Akademiya" fəaliyyətə başlamışdır. Akademiyanın daxilində tarix, biologiya, fizika və riyaziyyat bölmələri fəaliyyət göstərir. “Kiçik akademiya”nın yaradılmasında əsas məqsəd yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, ali təhsil müəssisələri ilə ümumtəhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsindən ibarətdir. “Uğurlu gələcəyə" şüarı altında akademiyanın açılış mərasimi oldu. Açılış tədbirində iştirak edən məktəbin müdiri Nailə Məmmədova, təlim-tərbiyə işləri üzrə direktor müavini İffət Bədəlova, Gülnarə Məmmədova, məktəbin psixoloqu Arzu Əliyeva təklif və tövsiyyələr verdilər. Tədbirdə "Kiçik Akademiya"nın əsasnaməsi, marşı, loqosu, bayrağı təsdiq olundu.

Ətraflı
HAQQIMIZDA

Bakı şəhəri C.Cabbarlı adına 187 nömrəli tam orta məktəb 1936-cı ildən fəaliyyət göstərir. Hal-hazırda 108 sinifdə 3001&n...

BİZİM FƏXRLƏRİMİZ

Almaz Mirzəyeva Hatif

Vüsalə Manafova Ağasəməd

HAQQIMIZDA

Bakı şəhəri C.Cabbarlı adına 187 nömrəli tam orta məktəb 1936-cı ildən fəaliyyət göstərir. Hal-hazırda 108 sinifdə 3001&n...

BİZİM FƏXRLƏRİMİZ

Almaz Mirzəyeva Hatif

Vüsalə Manafova Ağasəməd

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi