Sabunçu rayonu üzrə "Kiçik Akademiya"ların hesabat konfransı keçirilmişdir

15 iyun 2021-ci il tarixdə Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə 2020/2021-ci tədris ilində görülən işlərlə bağlı hesabat konfransı keçirildi. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Konfrans 15 iyun - "Milli Qurtuluş Günü" nə təsadüf etdiyi üçün Ümummilli Lider Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev konfrans iştirakçılarını salamlayaraq, 2020/2021-ci tədris ilində görülən işlər barədə statistik məlumatlar verərək, 2021-ci ilin I yarım ilinin yekunları barədə çıxış etmişdir. Ardınca 68, 108, 130, 142, 148, 170, 192, 209, 271, 307 və 309 nömrəli tam orta məktəbin şagirdlərinin "Qurtuluşdan Zəfərə" "Ağıllı kənd", "Nizami dünyası", "My success story", "Atom bombası", "Zəncirvari nüvə reaksiyası", "Ana dilimiz", "Rus dilinin inkişaf aspektləri", "Səs və onun insan həyatında rolu" və.s mövzularına toxunaraq araşdırma işləri hazırlayıb, təqdimat etmişlər. Təqdimatlar ümumi struktura uyğun olaraq başlıq, giriş(problemin qoyuluşu, aktuallıq, yenilik) əsas hissə, işin məqsəd və vəzifələri, və xülasələlərə toxunularaq hazırlanmışdır. Hesabat konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf Layihələri üzrə sektorun baş məsləhətçisi Sevinc xanım Əzimova, 150-dən çox şəxs - məktəb rəhbərləri, KA rəhbərləri, müəllimlər, şagirdlər iştirak etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi