Məktəbin Kiçik Akademiyasının yeni tədris ili üçün ilk iclası keçirildi

23 sentyabr 2024-cü il tarixində C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının yeni tədris ili üçün ilk iclası keçirildi. İclasda Kiçik Akademiya rəhbəri Mikayılova Afət, Uşaq Birliyi rəhbəri Məhərrəmova Xəyalə, Kiçik Akademiyanın məsləhətçi müəllimlərindən Musayeva Səkinə və Kiçik Akademiyanın üzvü olan şagirdlər iştirak etdi. İclasda Kiçik Akademiyanın strukturu müəyyən edildi. Belə ki, Kiçik Akademiyanın yeni prezidenti 10-cu sinif şagirdi Məmmədova Xumar məsləhətçi müəllimlərin səsvermə nəticəsində seçilməsi ilə Akademiya üzvlərinə təqdim edildi. Digər vitse prezidentlər isə 11ci sinif şagirdi Səmədov Ramal,9-cu sinif şagirdi Bağırov Rahil və 9-cu sinif şagirdi Camalova Nuray təyin edildi. Hər bir prezident arasında iş bölgüsü həyata keçirildi. Üzvlərin yeni ideyaları dinlənildi. Müvafiq qərarlar qəbul edildi. Növbəti ay üçün COP 29-la əlaqəli təşkil olunacaq "Dəyirmi Masa" üçün fikir mübadiləsi həyata keçirilərək iclas yekunlaşdırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi