Məktəbin Kiçik Akademiyasının növbəti iclası keçirildi
18 may 2024-cü il tarixdə məktəbin Kiçik Akademiyasının növbəti iclası keçirildi. İclasda Kiçik Akademiyanın rəhbəri Mikayılova Afət, Akademiyanın kimya fənni üzrə məslətçi müəllimi İlyasova Oksana, iclasa dəvət olunmuş iki müəllim və Kiçik Akademiyanın üzvü olan şagirdlər iştirak etdilər. Akademiya rəhbəri iclası açıq elan edərək əldə olunan uğurlardan, şagirlərlə aparılan və aparılacaq işlərdən danışdı. Daha sonra rus bölməsin 8-ci sinif şagirdləri Əliyev Əbdülxaliq, Hüseynov İlham və Kərimov Fuadın birgə hazırladığı "Atomun quruluşu" adlı araşdırmaya əsaslanan təqdimatı dinlənildi. Təqdimatdan sonra iştirakçı şagird və müəllimlər mövzu ətrafında müzakirələr apardı. Şagirdlərin aktivliyi, araşdımalar aparmağa marağı Kiçik Akademiya üzvlərinin sayının getdikcə artmasına səbəb olduğu Akademiya rəhbəri tərəfindən xüsusi vurğulandı.