Kiçik Akademiyadan uğurlu gələcəyə

5 yanvar 2019-cu il tarixdə məktəbdə "Kiçik Akademiya" fəaliyyətə başlamışdır. Akademiyanın daxilində tarix, biologiya, fizika və riyaziyyat bölmələri fəaliyyət göstərir. “Kiçik akademiya”nın yaradılmasında əsas məqsəd yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, ali təhsil müəssisələri ilə ümumtəhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsindən ibarətdir. “Uğurlu gələcəyə" şüarı altında akademiyanın açılış mərasimi oldu. Açılış tədbirində iştirak edən məktəbin müdiri Nailə Məmmədova, təlim-tərbiyə işləri üzrə direktor müavini İffət Bədəlova, Gülnarə Məmmədova, məktəbin psixoloqu Arzu Əliyeva təklif və tövsiyyələr verdilər. Tədbirdə "Kiçik Akademiya"nın əsasnaməsi, marşı, loqosu, bayrağı təsdiq olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi